Ötən gecə Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib.

 

"Qarabağ" "Linkoln"la bu dəfə evdə qarşılaşıb və 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

 

Türkiyə təmsilçisi "Fənərbaxça" isə "Luqano"nu qəbul edib. 2:1 hesablı qələbə qazanan İstanbul nəhəngi III təsnifat mərhələsinə adlayıb.

APOEL, "Sparta", "Ferentsvaroş", "Slovan" və "Malmö" də növbəti mərhələyə adını yazdırıb.

 

Qeyd edək ki, cavab oyunlarına bu gün yekun vurulacaq.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları 

30 iyul

 

"Qarabağ" - "Linkoln" (Cəbəllütariq) 5:0

İlk oyun – 2:0

 

"Petrokub" (Moldova) – APOEL (Kipr) 1:1

İlk oyun – 0:1

"Fənərbaxça" (Türkiyə) - "Luqano" (İsveçrə) 2:1

İlk oyun - 4:3

"Sparta" (Praqa, Çexiya) - "Şemrok Rovers" (İrlandiya) 4:2

İlk oyun – 2:0

TNS  (Uels) - "Ferentsvaroş" (Macarıstan) 1:2

İlk oyun – 0:5

"Slovan" (Bratislava, Slovakiya) – "Çelye"  (Sloveniya) 5:0

İlk oyun – 1:1

"Klaksvik" (Farer adaları) - "Malmö" (İsveç) 3:2

İlk oyun – 1:4