Ötən gecə baş tutan 9 oyunla Çempionlar Liqasının Liqa mərhələsində III tur yekunlaşıb. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, son tur turnirin tarixində ən məhsuldar raund kimi tarixə düşüb. Komandalar 18 matçda 71 qol vurub.

 

Əvvəlki rekord 67 qol idi (2025/26 mövsümünün 1-ci turu və 2024/25 mövsümünün 5-ci turu).

 

Çempionlar Liqasının ən çox qol vurulan turları:

18 matçda 71 qol: 2025/26, 3-cü tur

18 matçda 67 qol: 2025/26, 1-ci tur

18 matçda 67 qol: 2024/25, 5-ci tur

18 matçda 64 qol: 2024/25, 8-ci tur

16 matçda 63 qol: 2000/01, 1-ci tur