UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra komandaların növbəti mərhələ şansları bəlli olub. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın ilk "24-lüy"ə düşmək ehtimalı hələ də çoxdur.

"Köhlən atlar" 67 faiz ehtimalla pley-offa vəsiqə qazanacaq. Ölkə çempionumuzun "8-lik"də olma şansı isə 1 faiz olaraq göstərilib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində keçirdiyi ilk üç matçından 2-də qalib gəlib, 1-də məğlub olub.