Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

 

Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznica-Grad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luxol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

 

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luxol St.Andreus" - "Loznica-Grad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

 

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.