Futzal üzrə Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq. Bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

 

Komanda oktyabrın 16-dan 19-dək hazırlıq keçirəcək. Toplanışın sonunda yoxlama oyununun təşkili nəzərdə tutulub.

 

Baş məşqçi Yevgeni Kukseviç məşq prosesinə beşi qapıçı olmaqla ümumilikdə 20 futzalçı dəvət edib.

 

Qapıçılar: Emin Kürdov, Hüseyn Əbdülov, Rövşən Hüseynli (hamısı "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Neftçi" İK), Cavad Məmmədov ("Baku Fire").

 

Oyunçular: Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Nurlan Məmmədov, Eldar Zeynalov (hamısı "Baku Fire"), Oqtay Mahmudzadə, Pünhan Qasımzadə (hər ikisi U-19).