"Qarabağ"ın futbolçusu Leandro Andrade avrokuboklar tarixinə düşüb. Sport24.az-ın məlumatına görə, yarımmüdafiəçi buna "Atletik"ə uduzduqları (1:3) UEFA Çempionlar Liqasının oyununda fərqlənməklə nail olub.

O, avrokuboklarda üç fərqli matçın birinci dəqiqəsində qol vuran ilk oyunçudur.

Andrade daha əvvəl UEFA Avropa Liqasında "Hakken" və FCSB ilə görüşlərin birinci dəqiqəsində rəqib qapılarına yol tapıb.