"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb. Sport24.az xəbər verir ki, ağdamlılar bu matçlarda 150 dəfə buna nail olublar.

 

Belçika təmsilçisi "Yunion" (154) bu nominasiyada birincidir. İspaniya "Atletik"i (146) isə üçüncüdür.

 

Qeyd edək ki, "Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.