Ötən gün keçirilən 9 oyundan sonra Çempionlar Liqasının Liqa mərhələsində əsas mərhələsində üçüncü tura yekun vuruldu. Sport24.az xəbər verir ki, bununla da turnir cədvəli tam müəyyənləşib.
Üç oyundan sonra 5 komanda - PSJ, "Bavariya", "İnter" "Arsenal" və "Real" maksimum xal toplayıb.
İlk iki turdan sonra"Bavariya" turnir cədvəlinə başçılıq edirdi. Lakin əlavə götəricilərə əsasən hazırda lider PSJ-dir.
Dortmund "Borussiya"sı və "Mançester Siti" hərəyə 7 xal toplayıb. Sonrakı yerləri "Nyukasl", "Barselona", "Liverpul", "Çelsi", "Sportinq", "Qarabağ" və "Qalatasaray" (hər biri altı xalla) tutur. "Tottenhem" 5 xalla ilk "15-liy"i tamamlayır.
Qeyd edək ki, Joze Mourinyonun rəhbərlik etdiyi "Benfika" və "Ayaks" üç oyundan sonra aktivinə xal yazdıra bilməyib.