"Barselona"nın keçmiş vitse-prezidenti (2015–2019) Jordi Mestre argentinalı Lionel Messinin Kataloniya klubunu tərk etməsi barədə danışıb. Sport24.az xəbər verir ki, sabiq funksioner bununla bağlı Sport.es. portalına açıqlama verib.

 

"Dəqiq bilirəm ki, Leo Messi və ailəsi Laportaya çox qəzəblidir. Çoxları düşünürdü ki, yemək masası arxasında problem həll olunacaq. Ancaq bir daha aydın oldu ki, bu baş verməyəcək.

Düşünürəm ki, Leo Messi üçün nə etsək də, bu kifayət etməyəcək. O, bizə hər şey verib. İqtisadi cəhətdən Leonun iştirak etdiyi turne ilə onsuz səfər tam fərqli idi. Bəli, o, böyük maaş alırdı, amma buna tam layiq idi. O, kluba böyük gəlir gətirdi. Messi burada oynadığı üçün dünya ulduzları "Barsa"ya gəlmək istəyirdilər. Mən onun üçün tarixi bir addım atardım. Onun adının nəsildən-nəslə ötürülməsi üçün. Bilmirəm, bəlkə stadionun tribunalarından birinə onun şərəfinə adını verərdim".

 

Qeyd edək ki, Messi 2021-ci ildə "Barselona"dan ayrılıb.