Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) IV tura start verilir. Sport24.az xəbər verir ki, A qrupunda keçirilən günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.

 

Bakı İdman Sarayında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. 

 

"Sabah" A qrupunda altı xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən Gəncə təmsilçisi 3 xalla dördüncüdür.

 

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.