"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında 45 qol vuraraq, mötəbər turnirin bombardirlər yarışında 17-ci yerə yüksəlib. Sport24.az xəbər verir ki, 32 yaşlı ingilis forvard bu baxımdan Didye Droqbanı (44) geridə qoyub.
İngilis forvard bu uğura 60 oyunda imza atıb. "Çelsi"nin sabiq forvardı Çempionlar Liqasında 92 oyun keçirib. Turnirin ən məhsuldar futbolçusu aktivində 140 qol olan Kriştiano Ronaldodur.
Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 12 matçda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.