Çempionlar Liqasının 2026/27 mövsümünün finalı Madriddəki "Riyad Air Metropolitano" stadionunda keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Arena Atletico Madridin evidir.

 

Madrid "Atletiko"sunun ev oyunlarını keçirdiyi arena 1993-cü ildə tikilib və 70 692 tamaşaçı tutumuna malikdir.

 

Qeyd edək ki, 2026-cı ildə Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki Ferens Puşkaşın adını daşıyan stadionunda keçiriləcək.