Çempionlar Liqasının final matçının hakimləri bəlli olub.
Sport24.az xəbər verir ki, UEFA bu barədə açıqlama yayıb.
"Real" – "Borussiya" matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Slavko Vinçiçin köməkçi funksiyasını Tomaş Klançnik və Andraj Kovaçiç yerinə yetirəcəklər. Fransalı Fransua Leteksye 4-cü hakim olacaq.
Turnirin həlledici oyunu iyunun 1-də Londondakı "Uembli" stadionunda baş tutacaq. Matç saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Vinçiç 2022-ci ildə Avropa Liqasında "Ayntraxt" - "Reyncers" finalını idarə edib.