Bu həftə Çempionlar Liqasının ilk turunun oyunları keçirilib.  Sport24.az xəbər verir ki, UEFA həftənin oyunçusu mükafatı uğrunda mübarizə aparan 4 futbolçunun adını açıqlayıb.

 

Namizədlər arasında Markus Reşford ("Barselona"), Duşan Vlahoviç ("Yuventus"), Markus Turam ("İnter") və Fransisko Trinkao ("Sportinq") var.

 

Reşford dubl etməklə "Barselona"nın "Nyukasl" üzərində qələbəsində (3:2) böyük pay sahibi olub. Vlahoviçin iki qolu və bir məhsuldar ötürməsi "Yuventus"un Dortmund "Borussiya"sı ilə heç-heçə (4:4) oynamasına yardım edib. Turamın iki qolu "İnter"ə "Ayaks" üzərində qələbə qazandırıb (2:0). Trinkao isə "Kayrat"la oyunda (4:1) iki qol vurdu.

 

Qeyd edək ki, azarkeşlər UEFA-nın saytında Çempionlar Liqasının ilk turunun ən yaxşı oyunçusuna səs verə bilər.