"Liverpul"un qapıçısı Alisson Bekker İngiltərə klubunda oynamağa davam edəcək.  Sport24.az ESPN-ə istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı qapıçı daha bir mövsüm "qırmızılar"ın şərəfini qoruyacaq. 

 

Qeyd edək ki, Alisson 2018-ci ilin yayında 62,5 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a keçib. "Mersisaydlılar"da oynadığı müddətdə braziliyalı 330 oyun keçirib, 302 qol buraxıb və 136 dəfə qapısını toxunulmaz saxlayıb.