Braziliya millisinin zədəli hücumçusu Neymarın son durumu açıqlanıb. 

Sport24.az xəbər verir ki, ulduz futbolçunun sabahdan məşqlərə qatılacağı iddia olunur. 

Məlumatı UOL yayıb. Onun mundialın 1/8 final mərhələsi matçında ehtiyat oyunçular skamyasında olacağı bildirilir. 

Xatırladaq ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə matçda (2:0) zədələnmişdi.