"Bayer" 2023/2024 mövsümündə 90-cı dəqiqədən sonra 17 qol vurub. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu statistika ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində "Roma" ilə görüşdən sonra reallaşıb.

 

Heç-heçə (2:2) bitən oyunda almanlar ikinci qolu 90+7-ci dəqiqədə rəqib qapısından keçirməklə məğlubiyyətdən xilas olublar.

 

Qeyd edək ki, "Bayer" UEFA Avropa Liqasının finalında İtaliyanın "Atalanta" klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.