Bu gün keçiriləcək bir oyunla Premyer Liqada XXXIV tura start veriləcək. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"i qəbul edəcək.

 

Qonaqlar üçün bu matçın o qədər də əhəmiyyəti yoxdu. "Sarı-göylər"in əsas hədəfi elitada qalmaq idi ki, bunu da bacarıblar. "Ağ-qaralar" üçün isə "Kəpəz"lə qarşılaşma həyatı əhəmiyyət daşıyır. Ötən həftə "Qarabağ"a böyük hesabla məğlub olan paytaxt təmsilçisi həm azarkeşlərini məyus etdi, həm də avrokubok mübarizəsində ağır zərbə aldı. "Neftçi" bu gün də xal itirsə, qitəmiqyaslı turnirlərə yollanmaq yolunda işini müşkülə salacaq.

 

Qeyd edək ki, turun digər oyunları sabah və birigün keçiriləcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

19:00. "Neftçi" - "Kəpəz" 5:1

Qol: Şinyaşiki, 44, 47, 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86- Latir Fal, 36

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 23. Ataa Caber, 77. Yeqor Boqomolski

Məşqçi: Saşa Petroviç

"Kəpəz": 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal, 78. Yeqor Xvalko (k)

Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov,66. Arzu Atakişiyev

Baş məşqçi: Adil Şükürov