Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Fiorentina"dan Kristian Kuame və "Olimpiakos"dan Ayub El Kaabi namizəddir.

El Kaabi "Aston Villa"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda dubl müəllifi olub.

Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.