"Napoli" yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını PSJ-də davam etdirməyə yaxındı. Sport24.az xəbər verir ki, gürcü futbolçu Paris klubunun əsas transfer hədəfidir.

 

PSJ-nin nümayəndələrinin artıq Kvaratsxeliyanın yaxın ətrafı ilə görüşdükləri, futbolçunun da Liqa 1 təmsilçisinə keçməyə isti yanaşdığı bildirilib.

 

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildə 10 milyon avro qarşılığında Batumi "Dinamo"sundan "Napoli"yə transfer olunub. Bu mövsüm o, neapolluların heyətində meydana çıxdığı 42 oyunda 10 qola, 9 məhsuldar ötürməyə imza atıb. 23 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir