Bosniya və Herseqovina millisinin futbolçusu Kerim Alaybeqoviç dünya çempionatları tarixinə düşüb. Sport24.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Qətərlə matçda fərqlənən yarımmüdafiəçi mundiallar tarixində qol vuran ən gənc futbolçular siyahısına daxil olub. O, 18 yaş 276 günlüyündə bunu bacarıb.

 

Alaybeqoviç sözügedən göstəricidə 8-cidir.

 

Birinci pillədə isə mərhum braziliyalı hücumçu Pele yer alır. O, mundiallarda ilk qolunu 17 yaşında vurub.