Qətər millisinin yarımmüdafiəçisi Əhməd Mədibo FIFA tərəfindən 5 oyunluq diskvalifikasiya olunub. Sport24.az xəbər verir ki, buna səbəb futbolçunun Kanada yığmasının üzvü İsmayıl Konenin ciddi zədələnməsi ilə nəticələnən kobud müdaxiləsi olub.

FIFA-nın İntizam Komitəsi insidenti araşdırdıqdan sonra Mədibonun 5 oyunluq cəzalandırılması barədə qərar qəbul edib. Halbuki futbolçu hadisədən sonra rəqibindən üzr istəmişdi.

Qeyd edək ki, həmin epizodda zədələnən Kone təxminən 5 ay yaşıl meydanlardan uzaq qalacaq.