Birinci Liqa təmsilçisi "Səbail"də növbəti ayrılıq reallaşıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, qapıçı Rəşad Əzizli komandanı tərk edib.
Təcrübəli qolkiperlə başa çatan müqavilə yenilənməyib. Məlumata əsasən, yeni baş məşqçi Elnur Abdullayev futbolçunun komandada qalmasına ehtiyac duymayıb və tərəflər yollarını ayırıb.
Qeyd edək ki, 32 yaşlı qapıçı 2025-ci ilin yayından etibarən Bayıl təmsilçisinin formasını geyinirdi.