​"Udineze"nin müdafiəçisi Omar Soletin transferi uğrunda mübarizə qızışıb. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, neçə müddətdir futbolçunu heyətinə qatmaq istəyən "İnter" gözlənilməz rəqiblə üz-üzə qalıb. Belə ki, Madrid "Atletiko"su da fransalı müdafiəçinin xidmətində maraqlıdır.

"İnter" artıq Soletlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Futbolçunun özü də Milana köçməyə isti yanaşır. Lakin Milan təmsilçisi ilə "Udineze" arasında transfer qiyməti ilə bağlı razılıq əldə olunmayıb.

​"Udineze" 25-30 milyon avro tələb etdiyi halda, "İnter"in təklifi təxminən 20 milyon avro səviyyəsindədir. Məhz bu vəziyyətdən yararlanmaq istəyən "Atletiko"nun yaxın günlərdə İtaliya klubuna ilk rəsmi təklifini göndərəcəyi bildirilir.