İtaliya A Seriyasında göstərdiyi oyunla diqqət mərkəzində olan Niko Pasın gələcəyi yaxın saatlarda müəyyənləşə bilər. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, bu gün "Real və Komo rəsmiləri gənc argentinalının taleyi ilə bağlı həlledici görüş keçirəcəklər.

Tərəflər futbolçunun 9 milyon avroluq geri satınalma maddəsindən istifadə edilərək Madrid klubuna qaytarılıb-qaytarılmayacağına və ya daha bir mövsüm İtaliyada qalacağına qərar verəcəklər.

Məlumata görə, "Real" oyunçunu geri qaytardıqdan sonra satışa çıxarmaq variantını da nəzərdən keçirir. Madrid təmsilçisi Niko Pası təxminən 60 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Niko Pas 2025/2026 mövsümündə "Komo"nun heyətində 40 rəsmi matçda 13 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.