"Səbail" Azərbaycan millisinin də formasını geyinmiş Mehdi Cənnətovu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

 

34 yaşlı qolkiperlə "1+1" illik müqavilə imzalanıb. Təcrübəli qapıçı son olaraq "Sumqayıt"da çıxış edib.

 

Qeyd edək ki, Cənnətov Azərbaycan millisinin heyətində beş oyun keçirib.