"Son ana kimi "Araz-Naxçıvan"dan təklif gözlədim". Bu sözləri Sport24.az-a açıqlamasında Naxçıvan klubu ilə vidalaşan Urfan Abbasov deyib.

 

Təcrübəli futbolçu Naxçıvan təmsilçisinin təklifinin onu qane etmədiyinə görə, klubdan ayrıldığını vurğulayıb:

 

"Düzünü desəm, son ana kimi gözlədim. Onların təklifi məni qane etmədi. Yəqin ki, maddiyat da burada önəmli faktordur. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Orada mənim ən yaxım dostum Cavid Hüseynov işləyir".


O, gələcək karyerası barədə yaxın zamanda qərar verəcəyini bildirib.


Qeyd edək ki, Urfan Abbasov 2024-cü ildən Naxçıvan klubunda çıxış edirdi.