Braziliyalı hücumçu Neymar DÇ-2026-da debüt etməsi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq ilk matçı ilə bağlı təəssüratlarını deyib:

 

"Paltardəyişmə otağında ağladım, həqiqətən, çox xoşbəxtəm. Burda olmaq üçün çox çalışdım, mübarizə apardım. Ölkəmə kömək edə biləcəyim üçün Tanrıya şükürlər".

 

Neymar qrup mərhələsinin III turunda Şotlandiya ilə matçda meydana çıxıb. Görüş "sambaçılar"ın qələbəsiylə başa çatıb – 3:0.