Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis yığmadakı gələcəyindən danışıb:

 

"Futbolçular, federasiya rəhbərliyi məni dəstəkləyir. Millini beynəlxalq turnirlərdə irəli aparmışam, bütün gücümü işimə vermişəm. İstefamı gözləyənlər varsa, reallığı qəbul etməlidir. Çünki istefa verməyəcəyəm".

 

Montellanın rəhbərlik etdiyi Türkiyə yığması DÇ-2026-da qrup mərhələsində ilk iki oyunu uduzub. "Ay ulduzlular"ın sona bir matç qalmış mundialı tərk edəcəyi dəqiqləşib.