Cənubi Koreya milli komandası DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda Cənubi Afrika Respublikası yığmasına uduzub. Sport24.az xəbər verir ki, asiyalılar 3 xalla qrupu 3-cü sırada bitirib.
Millinin baş məşqçisi Hon Mön Bo CAR yığmasına məğlubiyyətdən sonra FIFA-nın saytına açıqlama verib:
"Qələbə qazanmaq istəyirdik, çox çalışdıq, ancaq alınmadı. Məyusedici qol buraxdıq və bundan sonra hesabı bərabərləşdirmək üçün cəhdlər etdik. Qələbə qazana bilmədiyimiz üçün kədərliyəm. Məğlubiyyətin məsuliyyəti məndədir".