"Beşiktaş" yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirib. "Qara qartalar"ın əsas hədəflərindən biri qapıçı mövqeyini Altay Bayındır transferi ilə gücləndirməkdir. Sport24.az xəbər verir ki, bu barədə "SporX" məlumat yayıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Sergen Yalçının hesabatına əsasən, siyahının ilk sırasında 27 yaşlı qolkiper yer alır. Hazırda "Mançester Yunayted" formasını geyinən Türkiyə millisinin qapçısı komandasında kifayət qədər oyun praktikası qazana bilmədiyi üçün bu transferə müsbət yanaşır.

Qeyd edək ki, Altay Bayındır bu mövsüm Premyer Liqada cəmi 6 oyunda iştirak edib.