"Beşiktaş", müdafiəçi Amir Murillo üçün "Marsel" ilə razılaşmaya yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "La Provence" məlumat yayıb

Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçu cümə axşamı gecəsi müqavilə imzalamaq üçün İstanbula gələcək. Transfer baş tutacağı təqdirdə panamalı oyunçu ilə 3,5 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, Murillo bu mövsüm "Marsel"in heyətində 25 rəsmi matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.