"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay Almaniyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Maynts" almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Habertürk" məlumat yayıb.
Bundesliqa klubu Uduoxayı yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Maynts" 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Beşiktaş" Feliks Uduoxayı 2024-cü ilin yayında "Auqsburq"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.