Türkiyənin "Beşiktaş" klubunun rəhbərliyində bir neçə şəxs istefa verib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar"ın vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifəsindən ayrılıb.

 

Qeyd edək ki, uğursuz mövsüm keçirən "Beşiktaş" hazırda Superliqada 12 turdan sonra 21 xalla 6-cı pillədədir.