"Real"ın qapıçısı Tibo Kurtua yaxın vaxtlarda klubu ilə müqaviləsini uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, belçikalının yeni anlaşması 2028-ci ilin yayına kimi qüvvədə olacaq. "Real"ın 30 yaşdan yuxarı futbolçularla müqaviləni bir mövsümlük uzatmaq qaydası 32 yaşlı qapıçı üçün şamil olunmayacaq.
Qeyd edək ki, Kurtua 2018-ci ilin avqustundan ayından "Real"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb. 14 matçda isə qapısını toxunulmaz saxlayıb.