Liverkuzen "Bayer"inin müdafiəçisi Conatan Ta "Barselona" ilə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq məlumat yayıb.
Bir müddət əvvəl 29 yaşlı alman futbolçu mövsümün sonunda "Bayer"dən ayrılacağını açıqlamışdı. O, klubla yeni müqavilə imzalamaq niyyətində deyil.
"Real" və "Bavariya" da Tanı diqqət mərkəzində saxlayır. "Real" "Bayer"in hazırkı baş məşqçisi Xabi Alonso ilə anlaşsa müdafiəçi Madrid klubuna üz tutacaq.
Qeyd edək ki, futbolçu cari mövsümdə 45 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.