"Əl-Əhli" "Sportinq"in hücumçusu Fransisko Trinkaonu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
"Transfermarkt" portalının yaydığı xəbərə əsasən, transfer haqqı 39,4 milyon avro təşkil edib. 4,4 milyon avro isə bonus şəklində ödəniləcək. Müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub .
Qeyd edək ki, Trinkao karyerası ərzində "Barselona", "Sportinq", "Vulverhempton" və "Braqa" kimi klublarda oynayıb.