İspaniyanın "Real" klubunun dörd futbolçusunun La Liqanın X turunda "Barselona"ya qarşı keçirəcəkləri oyundan əvvəl zədəsi sağalıb. Sport24.az xəbər verir ki, bunlar Trent Aleksandr-Arnold, Din Huysen, Dani Karvahal və Dani Sebalyosdur.
Onların hamısı özünü yaxşı hiss edir. Lakin növbəti matçda iştirakla bağlı yekun qərarı Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonso verəcək.
Bundan əlavə, David Alaba və Antonio Rudiger hələ də zədəlidirlər.
Qeyd edək ki, "Real" - "Barselona" matçı oktyabrın 26-da, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.