Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-dan sonra yığmadan ayrılacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, mütəxəssis insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
"Yayılan xəbərlər doğru deyil. Hazırda bütün diqqətim dünya çempionatındadır. Başqa nəsə düşünmürəm".
Portuqaliya millisi K qrupunda Konqo, Kolumbiya və Özbəkistanla mübarizə aparır. Yığma ilk oyununu bu gün Konqoya qarşı keçirəcək. Matç saat 21:00-da start götürəcək.