DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir. Sport24.az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşacaq.

 

Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start veriləcək.

 

 

Portuqaliya mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq. Konqo DR isə uzun fasilədən sonra qayıtdığı dünya çempionatında sürprizə imza atmaq istəyəcək.

 

Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutacaq. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək.

 

DÇ-2026
K qrupu
17 iyun
21:00. Portuqaliya – Konqo DR 1:0 (Birinci hissə)

Qol: J. Neveş, 6.

 

Portuqaliya: Diogo Kosta, Kanselo, Arauxo, Veyqa, Nunu Mendeş, Joao Neveş, Vitinya, Bernardo Silva, Bruno Fernandeş, Pedro Neto, Kriştiano Ronaldo.

 

DR Konqo: Mpasi-Nzau, Masuaku, Kapuadi, Tuanzebe, Mbemba, Van-Bissaka, Kayembe, Mukau, Moutoussami, Vissa, Bakambu.