"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "atlılar" "Almeriya"dan Bruno Lanqanı transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah müdafiəçisi ilə anlaşmanın detalları açıqlanmayıb.

 

Lanqa ötən mövsümü icarə əsasında "Eştrela"da (Portuqaliya) keçirib.