"Lion"un futbolçusu Alfonso Moreyra karyerasını Almaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Bayer" sol cinah vingerinin transferi üçün fransızlarla anlaşıb.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Leverkuzen klubu Alfonso üçün 32 milyon avro ödəyəcək.

 

21 yaşlı futbolçu ötən mövsüm "Lion"da 27 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.