"Atalanta"nın müdafiəçisi Marko Palestra "İnter"lə müqavilə şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 

 

21 yaşlı futbolçu 2031-ci ilə qədər ildə 3 milyon avro maaşla müqavilə imzalamağa hazırdır. Klublar arasında birbaşa danışıqların yaxın günlərdə başlayacağı bildirilir.

 

"İnter" yay "transfer pəncərəsi"ndə klubun prioritet hədəfi olan müdafiəçi üçün təklifini artırmağa hazırdır. "Çelsi" əvvəllər Palestra ilə maraqlandığını bildirmişdi. Oyunçunun özü karyerasını "İnter"də davam etdirmək istəyir.

 

Qeyd edək ki, Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də oynayıb. İtaliyalı futbolçu ümumilikdə 37 oyunda iştirak edib, bir qol vurub və 4 məhsuldar ötürmə edib. Palestra həmçinin 2025/26 "futbol ili"ndə A Seriyasının ən yaxşı müdafiəçisi seçilib.