"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Azərbaycan təmsilçisi I təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, "Flora Tallin" (Estoniya) - "İberia" (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.