"DÇ-nın ilk qarşılaşmalarında gözlənilməz nəticələr oldu.Məsələn, İspaniya - Kabo-Verde və Qətər - İsveçrə maçtlarını göstərmək olar. İlk oyunlar doğurdan da çətin olur. Çünki komandalar, məşqçilər rəqibləri yaxşı tanımır. DÇ-nın ab-havasına uyğunlaşmaq da önəmli faktordur". Bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis dünya çempionatının K qrupunda keçiriləcək Portuqaliya - Konqo Demokratik Respublikası qarşılamasından gözləntilərini bölüşüb:
"Portuqaliyanın son oyununu izləmiş məşqçi kimi deyə bilərəm ki, onlar nəinki Konqo Demokratik Respublikası ilə görüşdə, ümumiyyətlə çempionatın favoritidir. Məncə, Portuqaliya qalib gələcək. Bura heyətin keyfiyyətli olması və baş məşqçi faktoru daxildir".
Məmmədov L qrupunun ilk oyunu olan İngiltərə - Xorvatiya görüşünü şərh edib:
"İngiltərə Xarvotiya görüşünə proqnoz vermək çətindir. Burda hər cürə nəticə qeydə alına bilər. Hər iki komandanın heyətində səviyyəli futbolçular var. Bu oyuna psixoloji olaraq hansı komanda hazırlıq olacaqsa, o da qalib gələcək. Matç bərabər də bitə bilər".
49 yaşlı mütəxəssis L qrupunun digər görüşü olan Qana Panama millilərinin oyununda nominal meydan sahiblərini favorit hesab edib:
"Qana Panama qarşılaşmasına gəldikdə isə, nominal meydan sahiblərinin heyətində yer alan futbolçuların əksəriyyəti Avropada oynayırlar. Düşünürəm ki, Qana qalib gələ bilər".
Baş məşqçi son olaraq Özbəkistan Kolumbiya matçından söz açıb:
"Sonda Özbəkistan - Kolumbiya qarşılaşmasında qonaqlar böyük təcrübəyə malikdir. Özbəkistan yığması ilk dəfədir turnirdə iştirak edir. Təbii ki, azərbaycanlı olaraq Özbəkistanın qələbəsini istəyərdim. Asan olmayacaq onlara. Kolumbiya görüşün favoritidir".
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.