"Roma"nın futbolçusu Manu Kone kayerasını Premyer Liqada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" fransalı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Transferin taleyi tamamilə "Roma" rəhbərliyinin əlindədir. UEFA-nın maliyyə feyr-pleyi (FFP) qaydalarına görə İtaliya klubu 30 iyun tarixinə qədər mütləq satış etməlidir. Maliyyə balansını düzəltmək istəyən paytaxt təmsilçisi 25 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, Manu Kone 2024-cu ilin yayından "Roma"da çıxış edir. Fransa millisinin üzvü 2025/2026 mövsümündə "Roma"nın heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.