"Real" İtalyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Kral klubu" Bastoninin çıxışını yaxından izləyir və onun transferi ilə bağlı artıq ilkin araşdırmalara başlayıb. "İnter" isə 26 yaşlı müdafiəçini satmağa yalnız yüksək məbləğ qarşılığında razıdır. Milan təmsilçisi futbolçunun dəyərini azı 70 milyon avro olaraq qiymətləndirir.
Bildirilir ki, "İnter" rəhbərliyi uyğun təklif gələcəyi təqdirdə Bastoni ilə yolları ayırmağa hazırdır. Belə bir satış klubun transfer büdcəsini əhəmiyyətli dərəcədə artıracaq və yay planlarına ciddi təsir göstərəcək.
Qeyd edək ki, Alessandro Bastoninin "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Madrid rəhbərliyi transferlə bağlı son qərarı baş məşqçi Joze Mourinyonun mövqeyindən sonra verəcək.