"Çelsi"nin keçmiş baş məşqçisi Liam Rosenior "Paris" klubunun yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Paris klubunun rəhbərliyi hazırkı məşqçi Antuan Kombuare ilə yeni müqavilə barədə razılığa gələ bilməyib. Kombuare 2028-ci ilə qədər yeni sözləşmə imzalamaq istəyir ki, bu da Fransa klubunu qane etmir.
"Paris" rəhbərliyi hazırda baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirir və onlardan biri də "Çelsi"dən qovulduqdan sonra işsiz qalan Roseniordur. Rosenior əvvəllər Liqa 1-də "Strasburq"da çalışıb.
Qeyd edək ki, "Paris" ötən mövsümdə Liqa 1-də 11-ci yeri tutub.