"Real" rəhbərliyi "Neqreyra işi" ilə bağlı dəlilləri UEFA-ya göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Kral klubu2nun rəsmi saytı məlumat yayıb. 

 

Klub açıqlamasında İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya "qeyri-şəffaf ödənişlər"i təsdiqləyən dəlillər irəli sürüb. Madrid klubu həmçinin UEFA tərəfindən əvvəllər başlanan istintaqın dərhal bərpa olunmasına çağırıb və vəziyyətin uzadılmasının qəbuledilməz olduğunu bildirib. Həmçinin vurğulanıb ki, bunun futbola, onun qurumlarına və rəhbərliyinə etimadı sarsıdır.

 

Qeyd edək ki, "Barselona" rəhbərliyi 2023-cü ildə rüşvət verməkdə ittiham olunur. Mediada yayılan məlumatlara görə, "Barselona" 2001-2018-ci illər arasında Neqreyraya pul köçürdüyü iddia edilir.