"Qarabağ" klubu futbolçusu Kevin Medina ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, 33 yaşlı kolumbiyalı müdafiəçi Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın formasını 2020-ci ildən geyinirdi.